Xia.az xəbər verir ki, Goranboy rayon Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev adına bulağın yanında telekommunikasiya quyusunun bu görüntüsü sözün əsl mənasında ürək dağlayır. Quyunun açıq vəziyyəti barədə aidiyyəti üzrə məlumat verilsədə, gördükləri iş dağ olub adamın qarşısını kəsir. Ümumilli Lider Heydər Əliyev Azərbaycan üçün ömrünü həsr etmiş və xalqın yaddaşında ƏBƏDİYAŞAR Lider olaraq qalır. Lakin Ümumilli Liderin adını daşıyan bir prospektə və Heydər Əliyev bulağı qarşısında bu mənzərə heçdə ürək açan deyil. Hər zaman Ulu Öndərimizin adı olan yer gül çiçək içində olmalıdır. Görünür Goranboyda hələdə buna laqeyd yanaşan qurumlar var. Dahi Şəxsiyyətin adını daşıyan prospektdə belə iş görülürsə, digər küçə və prospektlərdəki vəziyyəti təsəvvür belə etmək olmur.
Müxbir Alim İbrahimov
![](https://xia.az/wp-content/uploads/1000434114-1024x461.jpg)
![](https://xia.az/wp-content/uploads/1000434106-1024x461.jpg)