Son günlər vətəndaşlar apteklərdə penisillin və C vitamini dərmanlarını tapmaqda əziyyət çəkirlər. Apteklərdə isə bildirilir ki, bu dərmanlar onlara çatan kimi alınır. Tələbat aptekə gətiriləndən dəfələrlə artıqdır.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman və Tibb Vasitələrinin İdxal-ixrac şöbəsindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Analitik Ekspertiza Mərkəzinin (AEM) səlahiyyətlərinə ölkəyə rəsmi yolla idxal edilən dərman vasitələrinin sənədlərinin uyğunluğunun yoxlanılması, tərkibinin laborator analizi və idxal icazəsinin verilməsi daxildir.
"Adını çəkdiyiniz dərman vasitələrinin ölkəyə son iki idxalı ilə bağlı məlumatları diqqətinizə çatdırırıq.
Vitamin C
Askorbin turşusu 50 mq N200 draje ölkəyə 26.04.2023-cü ildə 40 050 qutu, 18.05.2023-cü il tarixdə – 73 950 qutunun idxalına icazə verilib.
Askorbin turşusu 2ml N 10 iny - 11.04.2023-cü ildə – 6664 qutu, 14.04.2023 – 10 388 qutu;
Sevikap 30 ml damcı - 28.02.2023-cü ildə – 14692 qutu, 10.04.2023-cü ildə – 2000 qutu;
Additiva Vitamin C limon 1000 mq fışıldayan tablet N20 - 16.03.2022-ci ildə – 44531 qutu, 03.10.2022-ci ildə – 28840 qutunun idxalına icazə verilib.
Bitsillin – 5 10ml iny N50 (Penisillin qrupu antibiotik) - 15.02.2023-cü ildə – 64 qutu, 08.05.2023-cü ildə – 577 qutunun idxalına icazə verilib. Qeyd edək ki, hər qutunun içində 50 flakon mövcuddur",-deyə sorğuda əks olunub.
Apteklərdə penisillin və C vitamini niyə tapılmır?

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.