Yevlaxda "Konstitusiya və Suverenlik İli" çərçivəsində" "1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə şəhid ailələrinin və müharibə əlillərinin övladları üçün bayram tədbiri təşkil olunub.
Xia.az xəbər verir ki, YAP Yevlax rayon təşkilatının və MİHİ-in Yevlax komitəsinin birgə təşkilatçılığı ilə "B.Səfəroğlu adına Xalq Teatrının binasında "Xalqın,dövlətin ən böyük və ən qiymətli sərvəti uşaqlardır" mövzusunda keçirilən tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova, mədəniyyət işçiləri, qəhrəman şəhidlərin, müharibə əlillərinin övladları və onların valideynləri, həmçinin idarə, müəssisə rəhbərləri də iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
Müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev tədbirdə çıxış edərək, diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev uşaqlara xüsusi qayğı və diqqətlə yanaşırdı, hər il bu bayram münasibətilə, eləcə də Yeni il ərəfəsində və digər tədbirlərdə müxtəlif uşaq müəssisələrində olur, onlara göstərilən qayğı və diqqətin daim artırılmasını təmin edirdi. Təsadüfi deyil ki, dahi Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır.
Azərbaycan uşaqların müdafiəsi və qayğı ilə əhatə olunması sahəsində fəal dövlət siyasətinə malikdir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı ölkəmizdə uşaqların müdafiəsi, sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunmaları, uşaq qayğı sisteminin inkişafı istiqamətində də tədbirlərin ildən-ilə güclənməsinə imkan verib.
Qeyd edilib ki, bu gün Azərbaycan müstəqil və suveren dövlətdir. Ali Baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında Vətən müharibəsində şanlı tarix yazan Azərbaycan Ordusunun qəhrəman şəhidlərinin və müharibə əlillərinin övladları daim dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Uşaqları təbrik edən yerli təşkilatın sədri, onlara xoşbəxt gələcək və sağlam ömür arzulayıb.
Tədbirdə çıxış edənlər Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova, Vətən müharibəsi şəhidi Emin Kazımovun atası Fərman Kazımov, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova və Yevlax Yaradıcılıq Evinin direktoru, Respublikanın əməkdar mədəniyyət işçisi Zöhrə Adıgözəlova vurğulayıblar ki, şəhidlərimizin övladları bizim üçün əmanətdir. Ümumiyyətlə, Azərbaycanda uşaqlara olan həssas və qayğıkeş münasibət ailə hüdudları ilə məhdudlaşmır, bütövlükdə cəmiyyəti əhatə edir. Əbəs yerə “uşaqlar gələcəyimizdir” demirik. Bu gün hər birimizin isti ocağında yetişən, boya-başa çatan körpələr sabah cəmiyyətin simasını müəyyən edəcək, dövlətin gələcəyinə görə məsuliyyət daşıyacaqlar. Sürətlə inkişaf edən, yeniləşən dövlətimizin tərəqqisi, rifahı, yüksəlişi böyüməkdə olan uşaqların, yeniyetmələrin, ümumən gənc nəslin hansı əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnməsindən asılı olacaq.
Tədbir çərçivəsində Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı şəhər Yaradıcılıq evinin “Kukla“ Xalq teatrı tərəfindən "Nağıl qəhrəmanları" tamaşası nümayiş etdirilib. Tamaşa uşaqlarda xoş ovqat yaradıb.
Bayram şənliyinə qatılan şən klounların maraqlı nömrələri, həmçinin ifa edilən musiqilər uşaqları xüsusi olaraq sevindirib və bayram tədbirinə əlavə rəng qatıb.
Tədbirin sonunda uşaqlara hədiyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Yevlaxda bayram tədbiri keçirilib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.