Baş prokuror Kamran Əliyev Yəmən Respublikasının Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Xia.az ın məlumatına görə, Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29 sentyabr-2 oktyabr tarixlərində Bakıda keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.
Bu gün Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Yəmən Respublikasının Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ölkələrimiz arasında qədim əlaqələrin mövcudluğu və bu əlaqələrin müasir dövrdə ikitərəfli və beynəlxalq təşkilatlar müstəvisində inkişaf etdiyini bildirən Baş prokuror Kamran Əliyev, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımızın təqdirəlayiq olduğunu vurğulayıb.
Azərbaycan və Yəmən arasında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Kamran Əliyev, Yəmən Respublikasının Prokurorluq orqanları ilə münasibətlərin Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və digər peşəkar platformalarda uğurla inkşaf etdiyini diqqətə çatdırıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, COP29-un iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.
Yəmən Respublikasının Baş prokuroru səmimi qəbula görə minnətdarlığını bildirərək, eyni dinə mənsub iki dövlət arasında əlaqələrin bütün sahələr üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Baş Prokuror Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.