Avtobuslarda bank kartları ilə ödəniş mümkün olacaq

Ümumiyyətlə Bakı şəhərində 300 avtobus var ki, onlara nağdsız ödəniş terminallarıınn quraşdırılması mümkün deyil.
Bakupost.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
Onun sözlərinə görə, bu avtobuslar yenilənməlidir: "Bundan başqa, 200-ə yaxın avtobus var ki, onların da nağdsız ödənişə keçirilməsi yaxın vaxtlarda təmin ediləcək. Amma bu da, problemi tam həll etmir".
O vurğulayıb ki, hazırda araşdırmalar aparılır.
"Yaxın vaxtlarda avtobuslarda bank kartları da daxil olmaqla bütün kartlarla ödənişi mümkün etmək üçün işləri yekunlaşdırılması gözlənilir. Keçid dövrü üçün QR-kodla ödəniş etmək üçün tətbiq yaradılıb. QR kod keçid həldir. Biz yaxın vaxtlarda bank kartları ilə ödənişin həyata keçirilməsinə nail olacağıq. Bunda da əsas məqsəd karla sürətli ödənişin təmin edilməsidir. Belə ki, bank kartları ilə ödəniş hazırkı “Bakıkart”la ödənişdən 3 dəfə sürətlidir", - A.Rzayev bildirib.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.