Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Month: Yanvar 2026

Sahibkar mağazada öldü

Posted on 05 Yanvar 202605 Yanvar 2026 By admin
Sahibkar mağazada öldü

Siyəzən sakini mağazada ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə dünən gecə saatlarında baş verib. Rayon sakini, 1970-ci il təvəllüdlü Azər Məmməd oğlu Məmmədovun icarə əsasında işlətdiyi Siyəzən rayonu, Qalaşıxlı kəndində “Beşbarmaq pirinin altı” adlanan ərazidə yerləşən marketdə qəflətən halı pisləşib. O, mağazada dünyasını dəyişib. Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə

Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Posted on 05 Yanvar 202605 Yanvar 2026 By admin
Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yanvarın 5-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq yarımstansiyada 20 meqavat gücündə transformatorda təmir işi aparılacaq. Xia.az xəbər verir ki, bu barədə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, yarımstansiyada həyata keçirilən gücləndirmə işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək şəhər ərazisinin bir hissəsində və rayonun Ağayrı, Aşağı Cürəli, Bəydili, Çaylı, Dərvişli, Əliabad, Əsgərabad, Xırmandalı,…

Read More “Bu ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.” »

Cəmiyyət

Dünən yanan ərazidən bu gün kişi meyiti tapıldı

Posted on 05 Yanvar 202605 Yanvar 2026 By admin
Dünən yanan ərazidən bu gün kişi meyiti tapıldı

Ötən gün Gəncədə bitişik evlərdə baş verən yanğından sonra bu gün həmin ərazidən yanmış kişi meyiti tapılıb. Xia.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yanan şəxsin evlərdən birində yaşayan Camal Zeynalov olduğu müəyyən edilib. Məlumata görə, 40 yaşlı kişinin içki aludəçisi olduğu bildirilir.

Hadisə

Xalça Muzeyinin şöbə müdiri vəfat etdi

Posted on 04 Yanvar 202604 Yanvar 2026 By admin
Xalça Muzeyinin şöbə müdiri vəfat etdi

Azərbaycan Milli Xalça Muzeyinin kollektivinə ağır itki üz verib. Xia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, muzeyin Mədəniyyət və təhsil şöbəsinin müdiri Aygün Abasova yanvarın 1-i 57 yaşında vəfat edib. Qeyd edək ki, A.Abasova muzey sahəsində peşəkar fəaliyyətinə görə 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

Cəmiyyət

Toya gedənlər qəzaya düşdü: 2 ölü, 5 yaralı var

Posted on 03 Yanvar 202604 Yanvar 2026 By admin
Toya gedənlər qəzaya düşdü: 2 ölü, 5 yaralı var

Astarada mikroavtobusun aşması nəticədində iki nəfər ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, qəzada ölənlərin 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova olduğu bildirilir. Qəzada 5 nəfər xəsarət alıb. Məlumata görə, onlar toya gedirmiş.

Hadisə

Azərbaycanda Ramazan ayının başlama tarixi açıqlandı

Posted on 03 Yanvar 202604 Yanvar 2026 By admin
Azərbaycanda Ramazan ayının başlama tarixi açıqlandı

Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır. “Report”un əldə etdiyi məlumata görə, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir. Qeyd edək ki, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Xatırladaq ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək,…

Read More “Azərbaycanda Ramazan ayının başlama tarixi açıqlandı” »

Cəmiyyət

Yanacağı mənimsəyən şəxslərlə bağlı yeni məlumat 

Posted on 03 Yanvar 202604 Yanvar 2026 By admin
Yanacağı mənimsəyən şəxslərlə bağlı yeni məlumat 

Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 2 il öncə həyata keçirdiyi nəzarət tədbirləri öz nəticəsini verib. Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb. Bildirilib ki, ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin…

Read More “Yanacağı mənimsəyən şəxslərlə bağlı yeni məlumat ” »

Kriminal

Şirkətin pulunu qızlara xərcləyən əməkdaşa hökm oxundu.183 MİN MANAT.

Posted on 03 Yanvar 202603 Yanvar 2026 By admin
Şirkətin pulunu qızlara xərcləyən əməkdaşa hökm oxundu.183 MİN MANAT.

Naxçıvanda “Collabera” MMC-nin əməkdaşı şirkətin külli miqdarda pulunu ələ keçirib. Xia.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkətdə aparılmış audit yoxlaması nəticəsində satış təmsilçisi 1989-cu il təvəllüdlü Sadiq Kərimovun (ad-soyad şərtidir) 183 min manatlıq mənimsəmə etdiyi üzə çıxıb. Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, Sadiq şirkətdən dəfələrlə…

Read More “Şirkətin pulunu qızlara xərcləyən əməkdaşa hökm oxundu.183 MİN MANAT.” »

Hadisə

Polis qanunsuz saxlanılan silah aşkarladı.

Posted on 03 Yanvar 202603 Yanvar 2026 By admin
Polis qanunsuz saxlanılan silah aşkarladı.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 5 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cəmiyyət

Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir

Posted on 03 Yanvar 202604 Yanvar 2026 By admin
Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir

Moskvanın Domodedovo aeroportundan Gəncəyə uçmalı olan U6 2411 reysi təxminən 5 saatdan artıq gecikir. Eyni zamanda, geri uçuş üçün nəzərdə tutulmuş U6 2412 reysi də gecikməyə məruz qalıb. Teleqraf-ın Qərb bürosunun məlumatına görə, reyslər “Ural Airlines” şirkətinə məxsusdur. Moskva-Gəncə istiqamətində sərnişinlərin sayı dəqiq məlum olmasa da, eyni reys üzrə Gəncədən təxminən 100 sərnişinin uçuşdan istifadə…

Read More “Moskvadan Gəncəyə uçmalı olan təyyarə gecikir” »

Cəmiyyət

Bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Posted on 03 Yanvar 202603 Yanvar 2026 By admin
Bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Xia.Az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb. Məlumata görə, 1993-cü il təvəllüdlü Əliyar Əliyev, 1995-ci il təvəllüdlü Əlisalam Əliyev və 1963-cü il təvəllüdlü Şəhla Həsənəliyeva hamam otağında olarkən dəm qazının təsirinə məruz qalıblar. Zəhərlənən şəxslər təcili tibbi yardım briqadasının köməyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına…

Read More “Bir ailənin üç üzvü dəm qazından zəhərlənib.” »

Hadisə

“Azərbaycan” yazısını gizlətməyə cəhd edən erməni xizəkçi CƏRİMƏLƏNDİ

Posted on 03 Yanvar 202604 Yanvar 2026 By admin
“Azərbaycan” yazısını gizlətməyə cəhd edən erməni xizəkçi CƏRİMƏLƏNDİ

İtaliyada keçirilən “Tour de Ski” yarışlarında erməni xizəkçi Mikael Mikaelyan qalmaqalla gündəmə gəlib. Xia.az xəbər verir ki, o, yarış zamanı formasının üzərində yer alan “Azərbaycan” yazısını yapışqan lentlə bağlayıb. Bu hərəkətinə görə idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib. Qeyd edək ki, sözügedən yazı titul sponsorluğu ilə bağlıdır. 2025-ci ilin may ayında FIS ilə…

Read More ““Azərbaycan” yazısını gizlətməyə cəhd edən erməni xizəkçi CƏRİMƏLƏNDİ” »

Dünya

Quru otları yandıran yaşlı kişi ocaqda yanıb öldü

Posted on 03 Yanvar 202603 Yanvar 2026 By admin
Quru otları yandıran yaşlı kişi ocaqda yanıb öldü

Ağstafa rayonunda kişi ocaqda yanıb ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Ceyrançöl ərazisində baş verib. Qazax rayon sakini, 1964-cü il təvəllüdlü Nazim Nəsibov ərazidə quru otlardan ocaq yandırıb. Hadisə zamanı alovun ərazisi genişlənib və N.Nəsibov hadisə yerində yanaraq ölüb. Onun yanmış meyiti ərazidən aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Hadisə

Həccə getmək istəyənlərin NƏZƏRİNƏ

Posted on 03 Yanvar 202603 Yanvar 2026 By admin
Həccə getmək istəyənlərin NƏZƏRİNƏ

Fevral ayının 19-dan (Ramazan ayının ilk günündən) Həcc ziyarəti ilə bağlı vizaların verilməsi prosesinə başlanılacaq. Bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. O bildirib ki, proses təxminən 45 gün ərzində yekunlaşacaq: “Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyi dünyadakı bütün Həcc missiyalarından qeydiyyat prosedurlarının erkən başa çatdırılmasını…

Read More “Həccə getmək istəyənlərin NƏZƏRİNƏ” »

Cəmiyyət

Gözünü və böyrəyini itirən qazi vəfat etdi

Posted on 03 Yanvar 202604 Yanvar 2026 By admin
Gözünü və böyrəyini itirən qazi vəfat etdi

2016-cı ilin aprelində Ermənistanın təxribatı nəticəsində meydana gələn döyüşlərdə ağır yaralanan hərbi qulluqçu Rüstəm Cəmil oğlu Bayramov Gəncə şəhərində vəfat edib. Xia.az “Gencexeber”ə istinadən xəbər verir ki, qazi Gəncənin Sevinc qəsəbəsində dünyasını dəyişib. Qeyd edək ki, 1981-ci il təvəllüdlü Rüstəm MAXE kimi çavuş rütbəsində xidmət edib. O, 2016-cı ildə Aprel döyüşləri zamanı ağır yaralanaraq bir…

Read More “Gözünü və böyrəyini itirən qazi vəfat etdi” »

Cəmiyyət

İtkin düşən 3 nəfər tapıldı.

Posted on 03 Yanvar 202603 Yanvar 2026 By admin
İtkin düşən 3 nəfər tapıldı.

Yanvarın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

Posted on 03 Yanvar 202604 Yanvar 2026 By admin
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edildi

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Xia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb

Cəmiyyət

Polis 22 cinayətin açılmasını təmin edib.

Posted on 03 Yanvar 202603 Yanvar 2026 By admin
Polis 22 cinayətin açılmasını təmin edib.

DİN-in Mətbuat Xidmətindən Xia.az-a verilən məlumata görə:

Kriminal

Polisin hava şəraiti ilə əlaqədar fasiləsiz xidməti.

Posted on 03 Yanvar 202603 Yanvar 2026 By admin
Polisin hava şəraiti ilə əlaqədar fasiləsiz xidməti.

Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən hazırda fasiləsiz xidmət davam edir.DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dağlıq ərazilərdə, şəhər mərkəzləri ilə yaşayış məntəqələrini birləşdirən yollarda, eləcə də magistrallarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar…

Read More “Polisin hava şəraiti ilə əlaqədar fasiləsiz xidməti.” »

Cəmiyyət

“Oğlum öləndə şəhid analarından üzr istədim” – Məktəb direktoru göz yaşlarını saxlaya bilmədi

Posted on 02 Yanvar 202602 Yanvar 2026 By admin
“Oğlum öləndə şəhid analarından üzr istədim” – Məktəb direktoru göz yaşlarını saxlaya bilmədi

Baku TV-nin “O vaxtlar” verilişinin budəfəki qəhrəmanı Biləsuvar rayonunda yerləşən 1 nömrəli məktəbin direktoru Xanımgül Abıyeva olub. Xanımgül müəllimə ailə dəyərləri və qadının ailədəki rolu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, ailə sirri ailədə qalmalıdır: “Ailə sirri sosial şəbəkələrə çıxırsa, artıq ipin ucu gedir. Əsl qadın evin sirrini yaymamalıdır. Ailədə əsas rolu qadın oynayır….

Read More ““Oğlum öləndə şəhid analarından üzr istədim” – Məktəb direktoru göz yaşlarını saxlaya bilmədi” »

Cəmiyyət

Ucarda baş vermiş qəzada yaralanan qadın vəfat edib.

Posted on 02 Yanvar 202602 Yanvar 2026 By admin
Ucarda baş vermiş qəzada yaralanan qadın vəfat edib.

Ucarda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub. Oxu.Az-ın sorğusuna cavab olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, dekabrın 31-də saat 11:10-da Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə üç nəfər (2 kişi, 1 qadın) Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. “Onlara qapalı kəllə-beyin travması, bədənin müxtəlif…

Read More “Ucarda baş vermiş qəzada yaralanan qadın vəfat edib.” »

Hadisə

Yaşayış evinde partlayış olub: Ev sahibi xəsarət alıb.

Posted on 02 Yanvar 202602 Yanvar 2026 By admin
Yaşayış evinde partlayış olub: Ev sahibi xəsarət alıb.

Şamaxı rayonunda fərdi yaşayış evində partlayış baş verib. Xia.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Nazirliyin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Şahin Hüseynov küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə…

Read More “Yaşayış evinde partlayış olub: Ev sahibi xəsarət alıb.” »

Hadisə

Bakıda gecə klubunun qarşısındakı QƏTLİN TƏFƏRRÜATI:

Posted on 02 Yanvar 202602 Yanvar 2026 By admin
Bakıda gecə klubunun qarşısındakı QƏTLİN TƏFƏRRÜATI:

Paytaxtın Bayıl qəsəbəsində yerləşən gecə klublarından birinin qarşısında qətl hadisəsi baş verib. Hadisə yanvarın 1-də gecə saatlarında qeydə alınıb. Baku TV-nin məlumatına görə, 32 yaşlı Emil Rəcəbli ilə 36 yaşlı şəxs arasında mübahisə yaranıb. Mübahisə zamanı Emil Rəcəbli bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hadisəni törətməkdə şübhəli bilinən 36 yaşlı H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin…

Read More “Bakıda gecə klubunun qarşısındakı QƏTLİN TƏFƏRRÜATI:” »

Kriminal

Xilasedicilər buzlu yolda köməksiz qalan 5 nəfəri xilas edib.

Posted on 02 Yanvar 202602 Yanvar 2026 By admin
Xilasedicilər buzlu yolda köməksiz qalan 5 nəfəri xilas edib.

Şamaxı rayonunda yolun qarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranıb. Xia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyinə cəlb olunublar. “Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BAIC markalı minik avtomobilində beş nəfər köməksiz vəziyyətdə qalıb. Həyata…

Read More “Xilasedicilər buzlu yolda köməksiz qalan 5 nəfəri xilas edib.” »

Hadisə

Polis bayram axşamı oğurluq edən şəxsi saxladı

Posted on 02 Yanvar 202602 Yanvar 2026 By admin
Polis bayram axşamı oğurluq edən şəxsi saxladı

Paytaxtın Sabunçu rayonu ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin birində çalışan şəxs polisə müraciət edərək dekabrın 31-də çantasından 600 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı R.Cəfərov saxlanılıb. Araşdırma aparılır.

Kriminal

Natavan Hebibi özünə biznes qurdu

Posted on 02 Yanvar 202602 Yanvar 2026 By admin
Natavan Hebibi özünə biznes qurdu

“Səid bizə tez-tez gəlir, Zeydlə 5-6 gün bir yerdə qalırlar. Öz dövlətləri var, onlara qarışmırıq. Ailəsi də özəl günlərdə yanımızdadılar. Səid və oğlum dostdur. Hətta bağ evləri bizim yaxınımızdadır. demək olar ki, qonşuyuq”. Axşam.az xəbər verir ki, bu sözləri müğənni natavan Həbibi “Qonaqcanlı” verilişində deyib. Sənətçi keçmiş həyat yoldaşı, reper Dado (Səid Əliyev) haqqında danışıb….

Read More “Natavan Hebibi özünə biznes qurdu” »

Cəmiyyət

DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir, müraciətlərə çevik reaksiya verilir

Posted on 02 Yanvar 202602 Yanvar 2026 By admin
DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir, müraciətlərə çevik reaksiya verilir

Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq Yeni il bayramı günlərində vətəndaşların istirahət zonalarında və yollarda hərəkət intensivliyinin artması fonunda polis əməkdaşları ölkəboyu gücləndirilmiş rejimdə xidmətini davam etdirir. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şəhər və rayonlarda, işğaldan azad olunmuş ərazilərdə, həmçinin magistral yollarda zəruri tədbirlər görülür. Hərəkətin intensiv olduğu küçə və…

Read More “DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmətini davam etdirir, müraciətlərə çevik reaksiya verilir” »

Cəmiyyət

Posts pagination

Previous 1 … 11 12 13 Next
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme