Qobu qəsəbəsində sahibsiz itlərin hücum etdiyi azyaşlının qohumları və qonşular Baku TV-yə hadisənin təfərrüatını danışıblar.
xia.az xəbər verir ki, qonşular sözügedən ərazidə sahibsiz itlərin sayının çox olduğunu deyiblər. Çəkiliş zamanı qonşulardan biri uşağı çobanın itinin dişlədiyini iddia edib. Lakin çoban bununla razılaşmayıb və söyləyib ki, azyaşlıya küçə itləri hücum edib.
“Qobu Park-3”ün nəzarətçisi Məhəddin Mirzəliyev isə sahibsiz itlərin yaratdığı təhlükə ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edildiyini bildirib:
“Burada küçə itlərinin sayı çoxdur. Bir neçə dəfə belə hal baş verib. Valideynlərə də, uşaqlara da təhlükə ilə bağlı xəbərdarlıq edirik”.//metbuat
Qobuda baş verən hadisə ilə bağlı diqqətçəkən iddia - VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.