Ermənilər sərhədimizdə yeraltı tunel sistemləri qurur - FOTO

Ermənistan hərbçiləri Basarkeçər rayonunun Yuxarı Şorca kəndində genişmiqyaslı yeraltı tunel sistemləri inşa etmək qərarına gəliblər.
xia.az xəbər verir ki, bu addım, əsasən, bölgədəki hərbi birləşmələrin açıq hədəfə çevrilməsinin qarşısını almaq məqsədi daşıyır. Tunel sistemi hərbçilərin gizli şəkildə hərəkət etməsini təmin edəcək və müasir münaqişələrdə artan müşahidə və atəş riskini minimuma endirəcək.
Layihə çərçivəsində bir-birilə əlaqələndirilmiş tunellərin yaradılması nəzərdə tutulur. Qazıntı işlərində xüsusi texnika və texnologiyalardan istifadə edilməsinə başlanıldığı bildirilir.
Azərbaycanın mövqelərinə yaxın ərazilərdə baş verən bu cür hərbi fəaliyyətlər, bölgədə gərginliyin yenidən yüksəlməsinə səbəb ola bilər.
Ekspertlər qeyd edirlər ki, Ermənistanın bu təşəbbüsü bölgədəki hərbi balansı dəyişdirmək niyyətini əks etdirir. //musavat
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.