Serebrial iflicdən əziyyət çəkən uşaqların valideyinlərinə müalicəvi masaj öyrədilib 11:46 20 Sentyabr 2023

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən "Uşaq serebrial iflicindən əziyyət çəkən uşaqların valideyinlərinə müalicəvi masajın öyrədilməsi” layihəsinin 8-ci təlim
günü əyani surətdə keçib. Təlimə gətirilmiş 2 uşaq üzrərində Bakı Masaj Məktəbinin rəhbəri həkim Aynur Əhmədova tərəfindən müayinələr aparılıb, uşaqların üzərində hər xəstəliyə görə fərqli masaj olunmasının üsulları bütün
detalları və incəlikləri ilə izah olunub.
Sonra valideyinlər uşaqların üzərində öyrəndiklərini tətbiq etməyə başlayıblar. Həkim Aynur Əhmədova masajda yanaşma növləri və incəliklərini göstərərək valideyinləri maraqlandıran sualları
cavablandırıb.
Əminik ki, layihənin uzun müddət təsiri olacaq və layihəyə qoşulan analar uşaqlarına asanlıqla yardım edə biləcək.
Təlimin sonunda layihənin tərəfdaşı olan Seni şirkəti layihə iştirakçılarına Seni məhsulları haqqında marifləndirici məlumat verib.
Layihə 31 oktyabr 2023-cü il tarixinədək davam edəcək.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.